"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Omoniya" maraqlı kampaniya həyata keçirir.
Fanat.Az xəbər verir ki, Kipr klubu hər vurduğu qola görə 48 ağac əkmək öhdəliyi götürüb. Kampaniyaya iyul ayından start verilib. Ancaq iki ay (iyul və avqust) ərzində Superkubok və Avropa Liqasında cəmi 7 dəfə fərqlənən komanda ilk ağac əkilməsi prosesinə bu gün start verəcək. Ada təmsilçisi Louvaras icmasında "Kipr Yaşıllaşdırma" üçün 336 ağac əkəcək.
"Omoniya" kampaniya üçün logistika xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən "Premier Shukuroglou" şirkətlər qrupu ilə sponsorluq müqaviləsi bağlayəb.
Mirağa