Avropa Liqasının qrup mərhələsinin V turunun rəmzi komandası açıqlanıb.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, "11-lik"də Bakıda "Qarabağ”a 6:1 hesabı ilə qalib gələn "Sportinq”in iki üzvü - yarımmüdafiəçi Bruno Fernandeş və hücumçu Abdulay Diabi yer alıb. Hər 2 futbolçu "Qarabağ"ın qapısına 2 qol vurub.
Qapıçı: Tomaş Koubek (Renn).
Müdafiəçilər: Mitçel Veyser (Bayer), Zaxar Volkov (BATE), Jül Kounde (Bordo), Andreas Ulmer (Zalsburq).
Yarımmüdafiəçilər: Emil Smit Rou (Arsenal), Hakan Çalxanoğlu (Milan), Bruno Fernandeş (Sportinq), Cermayn Lens (Beşiktaş).
Hücumçular: Abdulay Diabi (Sportinq), Kallum Hadson-Odoi (Çelsi)
Fanat.Az