"Barselona" və "Real"ın istədiyi Villian "Maçester Yunayted"ə transfer olunur.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "qırmızı-şeytanlar"ın ilk təklifini rədd edən "Çelsi" 75 milyon avroluq ikinci təklifi qəbul edib.
Qeyd edək ki, Villian 2013-ü ildə "Anji"dən "Çelsi"yə 35,5 milyon avroya transfer olunub. Hzaırda "Transfermarkt" 29 yaşlı braziliyalıya 38 milyon avro qiymət qoyub. Hücumçu ötən mövsüm meydana çıxdığı 55 rəsmi oyunda 13 qol vurub və 12 məhsuldar ötürmə edib.
Villian ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı 2 oyun keçirərək, 2 qol vurb və 1 məhsuldar ötürmə edib.
Fanat.Az