Futbol üzrə Azərbaycan I Divizionunda VIII tur davam edir. Fanat.Az xəbər verir ki, üç günə sığacaq turun ikinci oyun günündə üç matç baş tutub. Turun mərkəzi qarşılaşmasında şərikli liderlər "Qaradağ Lökbatan" və MOİK üz-üzə gəlib. Lökbatanlılar prinsipial görüşdə minimal hesabla qalib gəlib. "Qarabağ-2" isə "Zirə-2"-nin "daşını daş üstə qoymayıb". Nəhayət, günün son qarşılaşmasında "Qəbələ-2" "Zaqatala" ilə bacarmayıb. I Divizion VIII tur 17 noyabr
“Qəbələ-2” – “Zaqatala” 1:3 Qollar: Aqil Nəsibov, 37 - Roini İsmayılov, 63, Xəlil Bəşirov, 74, Əsədulla Heydərov, 89 Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Asiman Əzizli, Namiq Bəkirov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Maşallah Əhmədov Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30 (pfl.az/canlı) “Qaradağ Lökbatan” – MOİK 1:0 Qol: Sabir Allahquliyev, 41 Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Ruslan Quliyev, Səbuhi Bayramov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Asif Əliyev Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00 (pfl.az/canlı)
“Qarabağ-2” – “Zirə-2” 6:0 Qollar: Əli Nəcəfli, 12, Mehdi Tahirov, 15, Seyxan Fərəcov, 45+1, Nəriman Axundzadə, 70, Şirxan Həsənzadə, 75, Ruslan Bayramov, 84 Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elman Musayev Binə qəsəbə stadionu, 14:30
18 noyabr
“Sumqayıt-2” – “Səbail-2” Hakimlər: Rauf Allahverdiyev, Teymur Teymurov, Kərim Zeynalov, Emin Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Aslan Şahgəldiyev “Kapital Bank Arena” (ehtiyat meydança), 14:30 (pfl.az/canlı)
“Neftçi-2” – “Keşlə-2” Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Elmin Süleymanov, Əli Əliyev Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00 (pfl.az/canlı) Qeyd edək ki, tura dünən bir oyunla start verilib: 16 noyabr “Kəpəz” – “Turan Tovuz” 2:1 Qollar: Vüsal Məsimov, 35, Cavid İmamverdiyev, 76 - Sadiq Şəfiyev, 45