"Qarabağ" "Zirə" və "Şamaxı"nın 4 futbolçusunu heyətinə qatdı - ADLAR

"Qarabağ" "Zirə" və "Şamaxı"nın 4 futbolçusunu heyətinə qatdı - ADLAR

"Qarabağ" "Qalatasaray"la xeyriyyə məqsədli yoldaşlıq görüşü üçün Azərbaycanın digər klublarından 4 futbolçunu heyətinə qatıb. 

Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Qurban Qurbanov "Zirə"dən Anar Nəzirovla Vild-Donald Gerye və "Şamaxı"dan Nihat Quliyevlə Rauf Hüseynlinin xidmətindən yararlanacaq. 

Xatırladaq ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər