Mövsümün qalan bölümünə Antalyadahazırlaşan "Qarabağ" bu gün 2 yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi 12.30-da Çexiyanın "Siqma" komandası ilə qarşılaşandan sonra (1:3) Polşa "Visla"sı ilə üz-üzə gəlib. Bu matç indiki toplanış çərçivəsində sonuncu olub və Bakı vaxtı ilə 18:30-da başlayıb. Günün birinci yarısında yenilən çexlərə uduzan ağdamlılar son sınaqdan da qalib ayrıla bilməyib.
"Qarabağ” – "Visla” (Plotsk, Polşa) 2:3 Qollar: Mahir Emreli, 18-pen. Xayme Romero, 52.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
Fanat.Az