Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk yarısında Çexiya "Bohemians"ı ilə qarşılaşması nəzərdə tutsa da, Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç güclü qar səbəbilə təxirə salınıb.
"Qarabağ" toplanışa "Visla"ya (Krakov) qarşı sınaq qarşılaşması ilə son qoyub.
Oyunun 54-cü dəqiqəsində ağdamlıların qapısına təyin edilən penaltini Emil Balayev dəf edib. Tərəflərin razılaşmasına əsasən matç 2 yox, 3 hissə davam edib və qolsuz bərabərliklə bitib.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.
Yoxlama oyunu
25 yanvar
"Qarabağ" - "Visla Krakov" (Polşa) 0:0
"Qarabağ": 23. Luka Quqeşaşvili, 29. Marko Veşoviç, 5. Maksim Medvedev, 81. Kevin Medina, 27. Toral Bayramov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borges. 10. Abdullah Zubir, 25. İbrahima Vadji.