"Qarabağ" - "Viktoriya" matçına onlayn bilet satışı dayandırıldı - SƏBƏB

"Qarabağ" - "Viktoriya" matçına onlayn bilet satışı dayandırıldı - SƏBƏB

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsininilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem yaranıb.

Fanat.Az xəbər verir ki, buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.

Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər