"Qarabağ" Ukrayna millisinin müdafiəçisini istəyir

"Qarabağ" Ukrayna millisinin müdafiəçisini istəyir

PAOK-un müdafiəçisi Yevgeni Xaçeridi "Qarabağ”dan təklif alıb.

 

 

Fanat.Az Yunanıstanın "Gazzetta.gr” saytına istinadən xəbər verir ki, atası yunan, anası ukraynalı olan futbolçu ağdamlılarla yanaşı, Macarıstan və Rumıniya təmsilçilərinin də diqqət mərkəzindədi.

Yayda Kiyev "Dinamo”sundan PAOK-a azad agent qismində keçən Xaçeridinin əsas heyətdə möhkəmlənə bilməyib. Bu üzdən Yunanıstan təmsilçisini müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq tərk etməsi məntiqəuyğundu.

O, 2009-cu ildən dəvət aldığı Ukrayna millisində 50-dən çox oyun keçirib, 3 qol vurub.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər