"Qarabağ" "Çukariçki"yə qalib gəldi - YENİLƏNİB

"Qarabağ" "Çukariçki"yə qalib gəldi - YENİLƏNİB

"Qarabağ" Antalya təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirəcək.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk matçında Serbiyanın "Çukariçki" kollektivi ilə gücünü sınayıb. "Köhlən atlar" ilk yarıda Kevin Medinanın vurduğu qolla minimal hesablı qələbə qazanıb.  Qeyd edək ki, "Qarabağ" günün ikinci yarısında Polşanın "Poqon" kollektivi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 18:30-da başlayacaq matç "Gloria Sports Arena"da keçiriləcək. Yoxlama görüşü Qarabağ - Çukariçki (Serbiya) 1:0 Qol: Kevin Medina, 42 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər