AL: "Qarabağ" 2 qol vurdu, 1 xal aldı

AL: "Qarabağ" 2 qol vurdu, 1 xal aldı
"Qarabağ” bu gün Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində Cənubi Kiprin APOEL klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç saat 20.55-də start götürüb.
Bu qarşılaşmaya qədər Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda "Sevilya”ya Bakıda 3 cavabsız qolla uduzmuş, ardından Lüksemburqda "Düdelanj”ı üstələmişdi - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə "Sevilya”ya 0:1 hesabı ilə yenilmişdi.
 
Cari avrokubok mövsümündə 3-cü dəfə qarşılaşan tərəflərin son dueli bol qollu alınıb. Hesabı açan təmsilçimiz ilk yarının qalan dəqiqələrində yenik duruma düşsə də, ikinci yarıda daha xoş təsir bağışlayıb. Ayltonla tarazlığı bərpa edən ağdamlılar topa nəzarəti özündə saxlamağı bacarıb. Lakin arzuladığı qələbə qolunu vura bilməyib.
 
Hərçənd 1 xalı Azərbaycan çempionu üçün qazanc saymaq daha real yanaşma olar. Qrupdakı sıralama və sonrakı matçlar belə düşünməyə əsas verir.
Avropa Liqası
Qrup mərhələsi
III tur, A qrupu
24 oktyabr
Qarabağ (Azərbaycan) - APOEL (Cənubi Kipr) 2:2
Qol: Dani Kintana, 13; Aylton Silva, 59 - Maksim Medvedev, 29 (öz qapısına); Linus Hallenius, 45+1

 

Hakimlər: Filip Qlovaya, Frantişek Ferents, Yan Pozor, Peter Zimba (Slovakiya).
Hakim-inspektor: Mixalis Kukulakis (Yunanıstan).
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulay Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.

Baş məşqçi: Qurban Qurbanov.

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 17. Antonio Yakoliş, 23. Joazinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.

Baş məşqçi: Tomas Doll.

 

1

Sevilya

3

3

0

0

7:0

9

2

Qarabağ

3

1

1

1

6:6

4

3

Düdelanj

3

1

0

2

5:10

3

4

APOEL

3

0

1

2

5:7

1

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər