"Qarabağ"dan "Zirə"yə son dəqiqə şoku

"Qarabağ"dan "Zirə"yə son dəqiqə şoku
Bu gün Topaz Premyer Liqasında XXV tura start verilib. Fanat.Az xəbər verir ki, üç gün davam edəcək turda turnir cədvəlinin ilk yarısında qərarlaşanlar aşağı "dördlük”lə üz-üzə gəlib.
Tura Zirədə start verilib. Artıq çempionluğu təmin edən "Qarabağ” bu titulun 6 qat qalibi kimi ilk matçına çıxıb. Qurban Qurbanovun yetirmələri özləri üçün formal oyunda uğursuzluq zolağında vurnuxan "Zirə” ilə üz-üzə gəlib.
10 turdu qələbə nə olduğunu bilməyən, cəza üzündən baş məşqçisindən məhrum qəsəbə təmsilçisi yenə məğlubiyyətlə üzləşib. "Qarabağ" son saniyələrdə vurulan qolla qələbəni bayram edib.
Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar günü baş tutacaq.
 
Topaz Premyer Liqası
2017/18 mövsümü
IV tur, XXV tur
27 aprel  
19.00 Zirə - Qarabağ 1:2
Qollar: Aleksandr Dedov, 61 - Donald Qerye, 55. Miçel, 90+3.
Zirə: 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 10. Orxan Əliyev, 11. Viktor İbekoyi, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 29. Comal Uilyams, 38. İlkin Muradov, 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Jozef Bum, 9. Aleksandr Dedov, 16. İbrahim Aslanlı, 21. Sahil Cəfərov, 77. Mirsahib Abbasov, 88. Elşən Abdullayev, 98. Elçin Əliyev.
Məşqçi: Elnur Çodarov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 8. Miçel, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 49. İbrahim Əliyev, 91. Coşqun Diniyev. 
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
Mövsümün əvvəlki oyunları - 0:0, 2:3, 0:2.
Zirə İdman Kompleksinin stadionu.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

25

19

5

1

36:9

62

2

Qəbələ

24

12

6

6

37:24

42

3

Sumqayıt

24

11

6

7

31:26

39

4

Neftçi

24

11

4

9

32:24

37

5

Zirə

25

9

8

8

31:28

35

6

Keşlə

24

5

6

13

22:37

21

7

Səbail

24

5

5

14

16:33

20

8

Kəpəz

24

3

4

17

15:39

13

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 12.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər