"Qarabağ" üçün 30 min azarkeş

"Qarabağ" üçün 30 min azarkeş
"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirəcək və Cənubi Kiprin APOEL klubunu qəbul edəcək.
Fanat.Az xəbər verir ki, oyun zamanı Tofiq Bəhramov adına Respublika stadionunun tam dolması gözlənilir. Belə ki, dünən axşam saatlarında klub 24 min biletin satıldığını açıqlamışdı. Həmin vaxtdan indiyədək qalan 6 min biletin bir hissəsinin satılması da şübhə doğurmur. Qalan biletlərin isə oyun saatına qədər satılıb qurtaracağı gözlənilir. 
Qeyd edək ki, "Qarabağ” - APOEL oyunu saat 20.30-da başlayacaq. Səfərdəki oyunda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər