"Qarabağ" Türkiyəyə yollandı

"Qarabağ" Türkiyəyə yollandı
Noyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakını tərk edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi "Yeni Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər