"Qarabağ" Türkiyə klublarını təbrik etdi

"Qarabağ" Türkiyə klublarını təbrik etdi

“Qarabağ” Türkiyənin “Trabzonspor” və “Sivasspor” klublarına təbrik ünvanlayıb.

Fanat.Az xəbər verir ki, Ağdam klubu "Trabzonspor"u Türkiyə çempionu, "Sivasspor"u isə Türkiyə kubokunun qalibi olması münasibətilə təbrik edib.

Klubun "Twitter" hesabındakı paylaşımda bu sözlər qeyd olunub:

“Qardaş Türkiyədə Super Liqa çempionu olmuş “Trabzonspor”u, Türkiyə kubokunu qazanmış “Sivasspor”u təbrik edirik!”

Qeyd edək ki, “Qarabağ” özü bu mövsüm Azərbaycanda həm çempion olub, həm də kuboku qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər