Türkiyə Super Liqa komandalarından "Konyaspor"da çıxış edən futbolçu Ahmet Çalık yol qəzasında həyatını itirib.
Fanat.Az-ın məlumatına görə, "Qarabağ" 28 yaşlı futbolçunun vəfatı ilə bağlı Türkiyə futbol camiəsinə başsağlığı verib.
Qeyd edək ki, qəza bu səhər Ankaranın Gölbaşı səmtində baş verib. "Qalatasaray"dan "Konyaspor"a transfer olunan futbolçunun istifadə etdiyi avtomobil Ankara - Niğde yolunda idarəetmədən çıxaraq uçuruma aşıb.