"Qarabağ" "Tofiq Bəhramov"a nə vaxt qayıdır? - Klubdan açıqlama

"Qarabağ" "Tofiq Bəhramov"a nə vaxt qayıdır? - Klubdan açıqlama

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə başa çatır, yığma komandaya yollanan futbolçular da klublarına geri dönür. 

Ölkəmizi Konfrans Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ" sabahdan etibarən bir araya gələcək. 

Bu barədə Fanat.Az-a klubun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib. 

Millimizin DÇ-2022-nin seçmə oyununda İrlandiya ilə görüşdə zədələnən Maksim Medvedevin də durumundan bəhs edən klub rəsmisi bildirdi ki, "Hələki bərpa prosesi keçir. Ümid edirik ki, "Bazel"lə oyuna qədər hazır olacaq". 

Gündüz Abbaszadə Ağdam klubunun qrup mərhələsindənki ev oyunlarının hansı stadionda keçiriləcəyi məsələsinə də toxunub:

"UEFA-dan gələn rəsmi sənəddə bildirilib ki, bir oyun BOS-da olacaq. Digər iki matç isə, əgər təbii ot örtüyü hazır vəziyyətdə olarsa, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyik. Əminəm ki, növbəti oyuna qədər stadionun ot örtüyü ideal vəziyyətdə olacaq". 

Qeyd edək ki,  "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində "Bazel", "Kayrat" və "Omoniya" ilə mübarizə aparacaq. "Köhlən atlar" ilk oyununu sentyabrın 16-da Bakıda keçirəcək.

Xatırladaq ki,  "Qarabağ" həftəsonu, 12 sentyabr tarixində Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Neftçi"nin qonağı olacaq. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər