“Qarabağ” tarixində 5-ci

“Qarabağ” tarixində 5-ci
Topaz Premyer Liqasının XXII turunun "Qarabağ” – "Səbail” oyununda (1:0) matçın taleyini həll edən qolun müəllifi olan Riçard Almeyda ikiqat yubileyə imza atıb. 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubunun Azərbaycan çempionatlarında 1100-cü qolunu vuran milliləşən braziliyalının şəxsi yubileyi nisbətən arxa planda qalıb. 
Hərçənd yarımmüdafiəçi "Qarabağ”ın heyətində özünün 50-ci qolunu vurub. Bu matçadək müxtəlif turnirlərdə keçirdiyi 233 oyunda 49 dəfə rəqib qapısına yol tapan Almeyda 100-ü "Səbail”lə qarşılaşmada yarılayıb. Buna "Qarabağ”da keçirdiyi 234-cü matçda nail olan cənubi amerikalı çempionatda 38, kubokda 5, avrokuboklarda 7 dəfə sevinib. 
Braziliyalı Ağdam təmsilçisində ilk qolunu 2012-ci il avqustun 19-da vurub. Həmin gün Riçard "Sumqayıt”la səfərdəki Premyer Liqa qarşılaşmasında fərqlənməklə 6:1 hesablı qələbədə pay sahibi olub.
Qeyd edək ki, Almeyda "Qarabağ”ın tarixinə 50 və daha çox qol vuran 5-ci futbolçu kimi düşüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər