"Qarabağ" Suriya yığmasına məğlub oldu

"Qarabağ" Suriya yığmasına məğlub oldu
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, rəqib Suriya yığması olub. Görüş ərəblərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qol ilk yarının sonlarında vurulub.
Beləliklə, "Qarabağ"ın üçüncü yoxlama matçında da qələbəyə həsrət qalıb və üstəlik, ilk məğlubiyyətlə üzləşib. Əvvəlki qarşılaşmalarında Ağdam komandası Bolqarıstan "Ludoqorets"i ilə 1:1, Avstriyanın "Vakker İnsbruk" komandası ilə 0:0 hesablı heç-heçə edib.
Yoxlama oyunu
Qarabağ - Suriya millisi 0:1
"Qarabağ"ın start heyəti: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər