"Qarabağ" "Sürix"lə matça nə vaxt yollanacaq? 

"Qarabağ" "Sürix"lə matça nə vaxt yollanacaq? 

"Qarabağ"ın "Sürix"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün İsveçrəyə səfər proqramı müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, ağdamlılar iyulun 27-də İsveçrəyə uçacaq.

"Köhlən atlar" saat 17:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər