"Qarabağ" - "Sürix" oyununda anşlaq gözlənilir - Biletlər tükənir

"Qarabağ" - "Sürix" oyununda anşlaq gözlənilir - Biletlər tükənir

"Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa bilet satışı davam edir.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, iyulun 15-də saat 11:00-dan etibarən satışa çıxarılan biletlərin artıq 25 mini azarkeşlər tərəfindən alınıb.

Qiymətlər uyğun olaraq, 5, 10, 20 və 50 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn qaydada, "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək) əldə etmək olar.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər