Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qarabağ" klubu ötən gün Avstriyada təlim-məşq toplanışına start verib.
Fanat.Az olaraq Ağdam təmsilçisinin mətbuat xidməti ilə əlaqə saxladıq və komandada son vəziyyətin necə olduğunu öyrəndik.
Klubun mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında bildirdi ki, "Dünəndən məşqlərə başlamışıq. Hələ ki, bir yenilik yoxdur. Birisigün MOİK-ə (Sofiya) qarşı ilk yoldaşlıq oyunumuzu keçirəcəyik".
Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Ağdam klubu iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiya təmsilçisi "Arsenal”la (Tula) qarşılaşacaq. Sonuncu yoxlama görüşündə isə iyulun 15-də Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"la üz-üzə gələcək.
Röya