"Qarabağ" - "Sevilya" matçının hakimləri açıqlandı

"Qarabağ" - "Sevilya" matçının hakimləri açıqlandı
Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçının təyinatları bəlli olub. 
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı Ukraynadan olan hakimlər briqadasına tapşırıb.
Görüşü Yevgeni Aranovski idarə edəcək. Ona Syomen Şlonçak və İqor Alyoxin yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yaroslav Kozık yerinə yetirəcək. 
Matçın hakim-inspektoru Bosniya və Herseqovinadan Elmir Pilav, UEFA nümayəndəsi isə bolqarıstanlı Boris Stankov olacaq. 
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər