"Qarabağ" "Şerif"lə qarşılaşacaq

"Qarabağ" "Şerif"lə qarşılaşacaq
"Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, bu, Moldovanın "Şerif” klubu olub.
 
Tiraspol təmsilçisi 1-ci təsnifat mərhələsində az öncə yekunlaşan görüşdə Lüksemburqun "Fola Eş” klubunu doğma meydanda 2:0 hesabıyla yenərək ağdamlılarla üzləşmək imkanı qazanıb.
 
Bununla da "Şerif” 3-cü dəfə "Qarabağ"la avrokuboklarda qarşılaşacaq. Əvvəlki iki duel ardıcıl iki mövsüm - 2017/18 və 2018/19-da olub.
 
Ağdam təmsilçisi Moldova klubu ilə ilk dueli zamanı evdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 2:1 hesablı qələbə sayəsində ÇL-də ilk dəfə pley-offa yüksəlmişdi.
 
Bundan bir il sonra komandalar Avropa Liqasının pley-off mərhələsində rəqib olmuşdular. Tiraspolda 0:1 hesabıyla uduzan Qurban Qurbanovun komandası evdə bunun əvəzini böyükhesablı qələbəylə (3:0) çıxaraq Avroliqanın qrupuna düşmüşdü.
 
Qeyd edək ki, "Qarabağ"la "Şerif" avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Bu oyuna saat 20:00-da start veriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər