"Qarabağ" sona yaxın sevindi

"Qarabağ" sona yaxın sevindi
Bu gün Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i sınağa çəkib. Qarşılaşmanı Orxan Məmmədov idarə edib.
 
Bu, iki komanda arasında Premyer Liqada 10-cu qarşılaşma olub. Əvvəlki qarşılaşmaların yalnız 1-də qalib gələn "Səbail" xal qazanmağa yaxın olsa da, "köhlən atlar" sona yaxın daha sıx müdafiə olunan rəqibin qapısına yol tapıb. Nadir hallarda adını tabloya yazdıran Qara Qarayev uzaqdan zərbə ilə fərqlənib. Minimal hesablı zəfər ağdamlıların ən yaxın izləyicisi "Neftçi" ilə aradakı xal fərqini 8-ə qaldırmasına bəs edib.
Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.
Premyer Liqa
2019/20 mövsümü
II dövrə, IX tur
28 oktyabr
Qarabağ - Səbail 1:0
Qol: Qara Qarayev, 86
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu.
 

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.

Baş məşqçi: Qurban Qurbanov.

Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 22. Mirabdulla Abbasov, 6. Maykl Esyen, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.

Baş məşqçi: Aftandil Hacıyev.

 

 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

9

8

1

0

19:2

25

2

Neftçi

9

5

2

2

15:8

17

3

Keşlə

9

4

3

2

11:5

15

4

Səbail

9

3

1

5

8:14

10

5

Sumqayıt

9

3

1

5

9:13

10

6

Zirə

9

2

3

4

8:14

9

7

Sabah

9

1

4

4

8:10

7

8

Qəbələ

9

1

3

5

5:17

6

Bombardirlər

Lorenzo Frutos (Keşlə) - 5. İsmayıl İbrahimli (Qarabağ), Stiven Monroz (Neftçi) - 4. Mehdi Şərifi (Sumqayıt), Mirabdulla Abbasov (Səbail), Mahir Emreli (Qarabağ), Ağabala Ramazanov (Səbail), Maqaye Qeye (Qarabağ), Amadu Diallo (Sabah), Emin Mahmudov (Neftçi), Baqali Dabo (Neftçi) - 3.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər