“Qarabağ” - “Samtredia”: bilet qiymətləri açıqlandı

“Qarabağ” - “Samtredia”: bilet qiymətləri açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Samtredia" ilk oyunu üçün biletlərin satışa çıxarılacağı tarixi və qiymətləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq, 1, 2 və 5 manat arasında dəyişir. VİP biletlərin dəyəri isə 30 manat təşkil edir. Azarkeşlər iyulun 7-dən etibarən biletləri əldə edə biləcəklər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər