“Qarabağ” hücumçusu Kvabena Ovusu ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, Ağdam klubu qanalı forvardı Macarıstanın “Ferentsvaroş” klubuna satıb.
Klub Ovusunun transferi ilə bağlı yaydığı rəsmi açıqlamada bunları qeyd edib:
“Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubuna transfer olub. Ovusuya göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!”