"Qarabağ" rekorda imza atdı

"Qarabağ" rekorda imza atdı

"Qarabağ” mövsümün yeni rekorduna müəyyənləşdirib.

 

Fanat.Az xəbər verir ki, "Köhlən atlar” ardıcıl 5-ci quru oyununu keçirib. Sonuncu dəfə XIV turun "Keşlə” ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun yetirmələri 2020-ci ildə "çərçivəsini” toxunulmaz saxlayıb.

 

"Səbail” (1:0), "Neftçi” (0:0), "Zirə” (6:0) və "Sumqayıt”ın (1:0) ardından XIX turdakı rəqib "Sabah” da (0:0) bu seriyanı qıra bilməyib. Bununla, "Qarabağ” mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam klubuna məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmamışdı.

Qapıçı Şahruddin Məhəmmədəliyevin quru seriyası isə 493 dəqiqəyə çatıb. O, son dəfə dekabrın 6-da "Keşlə”yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində qol "yeyib".

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər