"Qarabağ" Qurban Qurbanovla 200-ə çatdı

"Qarabağ" Qurban Qurbanovla 200-ə çatdı
Topaz Premyer Liqasının XXVI turu 3 yubileylə əlamətdar olub. 
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ” "Zirə” ilə səfər oyununda baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.
2008-ci ildən Ağdam komandasına rəhbərlik edən 47 yaşlı mütəxəsis 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub. Qurban Qurbanovun "Neftçi"dəki fəaliyyət dövrü də nəzərə alınmaqla, Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-di.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər