Bu gün Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə məqsədli yoldaşlıq oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma saat 20:00-da başlayıb.
Oyuna maraq böyük idi. Hər halda, matç üçün satışa çıxarılan 62 min biletin demək olar, hamısı satılmışdı. Qeyd edək ki, görüşdən əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Oyunu FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstəriblər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib. Üç qolun qeydə alındığı matçda İstanbul təmsilçisi qələbəyə sevinib.
Yoldaşlıq oyunu 26 mart "Qarabağ" (Azərbaycan) - "Qalatasaray" 1:2 Qol: R.Cica, 19 - B.Qomis, 4. M.İkardi, 87-pen. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov Bakı Olimpiya Stadionu.
Qarabağ: 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica. Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 41. Anar Nəzirov, 94. Ayhan Arazlı, 21. Rauf Hüseynli, 83. Nihad Quliyev, 22. İsmayıl İbrahimli, 83. Nəriman Axundzadə, 17. Hamidu Keyta. Baş məşqçi: Qurban Qurbanov. Qalatasaray: 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Ross, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zaniolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjio Oliveyra, 30. Yusuf Demir. Ehtiyat oyunçular: 12. Atakan Ordu, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy, 5. Lukas Torreyra, 6. Fredrik Midtsyo, 22. Berkan Kutlu, 59. Caner Doğan, 64. Xuan Mata, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi. Baş məşqçi: Okan Buruk.