"Qarabağ" - "Qalatasaray" oyununu hansı hakim idarə edəcək? - AÇIQLAMA

"Qarabağ" - "Qalatasaray" oyununu hansı hakim idarə edəcək? - AÇIQLAMA

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununu Azərbaycandan olan hakimlər idarə edəcək.

Bu barədə Fanat.Az-a Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib:

Azərbaycanlı hakimlərin ayrılması üçün AFFA-ya müraciət etmişik. Hakimlər Komitəsindən cavab gözləyirik. Həm oyunu idarə edəcək ədalət təmsilçiləri, həm də VAR hakimləri istəmişik. İnanırıq ki, komitə "Qarabağ" - "Qalatasaray" oyununa FİFA referilərindən ibarət briqada göndərəcək".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər