“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, saat 11:00-da satışa çıxarılan biletlərin artıq 25 min alınıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri: ▪️Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; ▪️Iticket.az-ın satış məntəqələri; ▪️“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu. ▪️Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.
Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Röya