“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun biletləri sabahdan satışda olacaq.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, saat 11:00-da satışa çıxarılacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri:
▪️Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
▪️Iticket.az-ın satış məntəqələri;
▪️“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
▪️Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.
Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.