"Qarabağ" - "Qalatasaray": BOS-a ekspres avtobuslar ayrıldı

"Qarabağ" - "Qalatasaray": BOS-a ekspres avtobuslar ayrıldı

“Qarabağ”la “Qalatasaray”  arasında keçiriləcək yoldaşlıq oyununda azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə martın 26-da “Qara Qarayev” metro stansiyası ilə Səməd Vurğun bağını (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.

Fanat.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, ekspres xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək. Ekspres xətt üzrə sonuncu avtobus 19:30-da 28 May metrostansiyasından, 19:45-də Qara Qarayev metrostansiyasından Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək.

Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından "Qara Qarayev" və "28 May" istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş olunub ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər