"Qarabağ" Premyer Liqa klubuna qalib gəldi

"Qarabağ" Premyer Liqa klubuna qalib gəldi
Avtriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 3-cü yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Rusiyanın "Ufa" klubu ilə qarşılaşıb.
3 qolun vurulduğu oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində Abdullah Zubir və Miçel fərqlənib. "Ufa" təsəlli qoluna dəqiqədə penaltidən imza atıb.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniyanın "Krayova" klubu ilə heç-heçə edib.
Yoxlama oyunu
28 iyun
Qarabağ (Azərbaycan) - Ufa (Rusiya) 2:1
Qollar: Abdullah Zubir, 54. Miçel, 62 - Lovro Bizyak, 76-pen.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev (Vaqner da Silva, 67), 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev (Qara Qarayev, 46), 8. Miçel (Filip Ozobiç, 67), 10. Dani Kintana (Xayme Romero, 67), 11.Mahir Emreli, 17. Abdullah Zubir (Araz Abdullayev, 67), 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər