"Qarabağ" portuqaliyalı vingerlə gücləndi

"Qarabağ" portuqaliyalı vingerlə gücləndi

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az futbolpres.az-a istinadən xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Çerno More"sindən Leandro Andradeni transfer edib. Bu barədə məşhur "Transfermarkt" portalı məlumat yayıb. Sayt portuqaliyalı hücumameyilli yarımmüdafiıçinin bu gün "Qarabağ"a transfer olunduğunu qeyd edib. Ağdam təmsilçisinin 22 yaşlı oyunçu üçün nə qədər ödədiyi məlum deyil.

Karyerası ərzində ölkəsində "Olhanense" və "Sportinq"in aşağı yaş komandalarında, eyni zamanda "Olhanense"nin əsas komandasında və "Fatima"da çıxış etmiş Andrade 2020-ci ilin yayında "Çerno More"yə keçib. O bu mövsüm 20 oyunda 2 qol 5 məhsuldar ötürmə edib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər