"Qarabağ" "Portu"nun sabiq futbolçusuna elçi düşdü

"Qarabağ" "Portu"nun sabiq futbolçusuna elçi düşdü

Şahruddi Məhəmmədəliyevin ciddi zədə almasından sonra qapıçı axtaqrışında olan “Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir qolkiper barədə məlumatlar yayılıb.

Fanat.Az xəbər verir ki, “themasports.tothemaonline.com” saytı Azərbaycan çempionunun Kiprin “Aris” klubuna braziliyalı Vana Alves üçün təklifi göndərdiyini açıqlayıb.

Məlumata görə, Limassol klubu ağdamlıların 32 yaşlı yaşlı "çərçivə" qoruyucusu üçün ünvanladığı təklifi geri çevirib.

Qeyd edək ki, 2021-ci ildən “Aris”də çıxış edən Alves daha öncə “Koritiba” (Braziliya) və “Portu” (Portuqaliya) kimi klubların formasını geyinib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər