Mövsümün yarılanmasına iki həftədən bir qədər çox vaxt qalıb. Dekabrın 16-da Azərbaycan Premyer Liqasında baş tutacaq XIV turun oyunlarından sonra komandalar qış fasiləsinə yollanacaq. Artıq lider "Qarabağ"ın təlim-məşq planı böyük ölçüdə bəllidir.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Fanat.Az-a verdiyi məlumata görə, ölkə xaricinə üz tutacaq "Qarabağ"ın yoxlama oyunlarındakı rəqiblərindən birinin adı dəqiqləşib:

"Təlim-məşq toplanışını Türkiyədə keçəcəyik. Hazırlığımız yanvar ayının 12-26 tarixləri arasında Antalyanın Bələk bölgəsində baş tutacaq. Üç oyun planlaşdırılıb. Hələlik oyun günləri və rəqiblərin tam siyahısı dəqiqləşməyib. Yalnız onu deyə bilərəm ki, rəqiblərdən biri bəllidir. Bu, Polşa "Şlask"ıdır. Digər rəqiblərlə sınaq matçı razılaşdırıldıqdan sonra onların adlarını da açıqlayacağıq".
Qeyd edək ki, digər klublarımızın da hazırlıq planlarını öyrənib bu haqda mütəmadi məlumat verəcəyik.
Mirağa