“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Tarik Elyunussi deyib. Ağdam klubu ilə anlaşan Norveç yığmasının üzvü bu gün Azərbaycana gəlib. Yeni komandasına qoşulan Elyunussi klubun rəsmi saytına açıqlama verib. O, “Qarabağ” haqda müsbət fikirlər səsləndirib: “Bu komandadan təklif gələndə təəccüblənmədim. “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalıb. “Qarabağ”ın gücü bəllidi, bu mövsüm Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq”. Elyunussi “Qarabağ”ın Çempionlar Liqasında çətin qrupa düşdüyünü, lakin sona qədər mübarizə aparacağını vurğulayıb: “Güclü qrupda yer almışıq. Buna baxmayaraq, “Qarabağ”ı layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Rəqabət komandanın ancaq xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”. Qeyd edək ki, “Qarabağ” Elyunussini “Olimpiakos”dan icarəyə götürüb.Fanat.Az
“Qarabağ” o vaxtdan yadımda qalıb” - Tarik Elyunussi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar