Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, ağdamlılar planauyğun olaraq Bolqarıstan təmsilçisi MOİK-lə (Sofiya) üz-üzə gəlib.
Qurban Qurbanovun yetirmələri 1:0 hesablı qələbə qazanıb. Oyundakı yeganə qolu 69-cu dəqiqədə Musa Qurbanlı vurub.
Qeyd edək ki, "Qarabağ" 2 həftəlik hazırlıq çərçivəsində iyulun 11-də Rusiya "Arsenal"ı (Tula), iyulun 15-də isə Almaniya "Auqsburq"u ilə qarşılaşacaq.