"Qarabağ" millimizin futbolçusunu transfer etdi

"Qarabağ" millimizin futbolçusunu transfer etdi
"Qarabağ" yeni transferini açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü "Zirə"də keçirən milli komandamızın üzvü Riçard Almeyda ilə 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 7 nömrəli formada çıxış edəcək.
 
Ağdam klubu rəsmi sosial şəbəkələri vasitəsi ilə Qaspar Panadero Zamoranı da transfer etdiyini elan edib.
Qeyd edək ki, Riçard Almeyda 2012-2019-cu illərdə də "Qarabağ"ın formasını geyinib. O, karyerası ərzində Ağdam təmsilçisindən başqa Braziliyanın "Santo Andre", Portuqaliyanın "Gil Visente", Qazaxıstanın "Astana" və Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klublarında çıxış edib. 2017-ci ildən milli komandamıza çağırılan braziliyalı 22 oyunda 3 qol vurub.
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər