“Qarabağ” milli üzvünü birdəfəlik transfer etdi

“Qarabağ” milli üzvünü birdəfəlik transfer etdi

"Qarabağ" Polşanın "Yagelloniya" klubundan icarəyə götürdüyü Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

"Köhlən atlar" Belostok təmsilçisi ilə danışıqların yekununa əsasən, qapıçının transfer hüququna yiyələnib.

Qeyd edək ki, Luka Quqeşaşvili bu ilin yanvarından "Qarabağ"da çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər