"Qarabağ” klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun cəzası ilə bağlı apelyasiya məhkəməsinə şikayət edib.
Fanat.Az xəbər verir ki, bu barədə apasport.az saytına İbrahimov özü məlumat verib. O bildirib ki, UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı tərəfindən verilən ömürlük cəza ilə bağlı apelyasiya müraciəti olunub. Qurumun 10-15 gün ərzində məsələyə baxması gözlənilir.
İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.
Fanat.Az