"Qarabağ" məşhur klubun qapıçısına təklif göndərdi

"Qarabağ" məşhur klubun qapıçısına təklif göndərdi
Çempionlar Liqasında çıxış edən "Qarabağ” qapıçı axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Argentinanın "Boka Xuniors” klubunun qapıçısı Markos Diasa təklif göndərib. Bu barədə "TNT Sports” məlumat yayıb.
33 yaşlı qolkiperin "Qarabağ"ın təklifinə müsbət cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, Markos Dias bu ilin yanvarında "Boka Xuniors”la 1,5 illik müqavilə bağlayıb. O, əvvəllər Argentinanın "Kolon", "Gimnasia y Esgrima" və "Hurakan" klublarında forma geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər