“Yay transfer pəncərəsi avqustun 31-də bağlanacaq. Hazırda “Qarabağ”ın heyətinə yeni futbolçuların transfer edilməsi istiqamətində danışıqlar aparılır”.
Bunu “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Klub rəsmisi bildirib ki, sentyabrın 12-də “Çelsi” ilə keçiriləcək oyuna qədər “Qarabağ”ın heyətinə yeni futbolçuların transfer olunacağı gözlənilir:
“Hesab edirəm ki, transfer olunacaq futbolçunun və onun komandasının adını çəkmək düzgün deyil. Çünki danışıqlar klub və futbolçu ilə fərdi qaydada həyata keçirilir. Hazırda bir neçə tanınmış futbolçu ilə danışıqlar aparılır. Danışıqların nəticəsindən asılı olaraq, “Qarabağ” heyətinə 1-2 yeni futbolçu götürülə bilər”.
Fanat.Az