"Qarabağ" Maksimsiz və Medinasız qaldı

"Qarabağ" Maksimsiz və Medinasız qaldı

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyuna ciddi itkilərlə çıxacaq. 

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçiləri Maksim Medvedev və Kevin Medina ilin son matçını zədə səbəbindən buraxmalı olacaq.   Kapitan Konfrans Liqasının qrup mərhələsinin son turu çərçivəsində baş tutan “Bazel”lə (İsveçrə) səfər oyununda sıradan çıxıb. Onun ayaq topuğunda burxulma olub.    Həmin matça tam sağalmamış çıxan Medina isə zədəsini yeniləyib. Hər iki futbolçunun komanda ilə məşqə Antalya toplanışı zamanı qoşulacağı gözlənilir.   Dekabrın 16-da keçiriləcək "Qarabağ" - "Zirə" matçına saat 19:00-da start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər