"Qarabağ" ölkəmizi İsveçdən uzaqlaşdırdı

"Qarabağ" ölkəmizi İsveçdən uzaqlaşdırdı

 

Çempionlar Liqasında dünən keçirilən oyunların ardından UEFA-nın əmsallar cədvəlində yerdəyişmə olmayıb. Fanat.Az xəbər verir ki, öz meydanında "Atletiko" ilə qolsuz bərabərliyə razılaşan "Qarabağ" Azərbaycana daha 0,250 əmsal qazandırıb.
 
Beləliklə, mövsümlük qazancımız 4,125-ə yüksəlib. "Qənimət"i avrokuboklarda iştirak edən klublarımız arasında bölsək, 2,375 "Qarabağ”ın, 0,750 "İnter”in, 0,625 "Zirə”nin, 0,375 "Qəbələ”nin hesabına yığılıb.Hazırda son 5 ilin nəticələrinə görə hesablanan əmsalımız 18,875-di. 22-ci pillədə qalan Azərbaycan ən yaxın izləyicisi olan İsveçdən uzaqlaşıb. Özümüzdən öndəki Rumıniya ilə fərq isə 0,575-ə düşüb. 
 
Qeyd edək ki, avrokubokların qrup oyunlarında qələbə 0,500, heç-heçə 0,250 əmsalla qiymətləndirilir. 
Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər