“Qarabağ” liderə məğlub oldu

“Qarabağ” liderə məğlub oldu

Futbol üzrə Azərbaycan I Divizionunda 16-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Qarabağ”ın əvəzediciləri doğma meydanda “Araz Naxçıvan”a uduzub. “Zaqatala” ilə MOİK-in görüşündə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. “Neftçi”nin əvəzediciləri isə “Mingəçevir” üzərində qələbəyə seviniblər.

I Divizion 16-cı tur 8 fevral

Qarabağ-2 – Araz Naxçıvan 1:2 Qol: Hüseyn Hüseynli, 13 – Orxan Əliyev, 63; 71. Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Əli Əliyev. Binə qəsəbə stadionu, 14:00.

Zaqatala – MOİK 2:2 Qol: Bəhruz Teymurov, 83. Cəlal Cəbrayılov, 90+4 – Muxtar Nəzərli, 3. Elşən Veysov, 80. Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov. Zaqatala OİK stadionu, 14:00.

Səbail-2 – Qaradağ Lökbatan 3:0 Qol: Elvin Valiiev, 9. Xəyal Bədirov, 26. Balamirzə Soltanov, 60. Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Tural İbrahimov. Bakı. “ASCO Arena”, 14:00.

Neftçi-2 – Mingəçevir 2:1 Qol: Aqşin Abazərov, 81; 88 – İbrahim Camalov, 41. Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rasim Axundov, Rəsul Babayev. Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Turun digər oyunlarının nəticələri:

Kəpəz-2 – Zirə-2 1:0 Şamaxı-2 – Turan Tovuz-2 2:3 İmişli – Qəbələ-2 0:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər