"Qarabağ" legioneri ilə yollarını ayırdı

"Qarabağ" legioneri ilə yollarını ayırdı
"Qarabağ" bir futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun əsas heyətdə oynatmadığı Con Delarj komandanı tərk edib. Konqolu hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Qarabağ" Delarjı ötən ilin yayında "Bursaspor"dan 170 min avroya almışdı. Konqo millisinin üzvü Ağdam klubunda 19 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, sonuncu dəfə "Qarabağ"ın əsas heyətində ötən ilin 20 dekabrında "Keşlə" ilə keçirilən kubok oyununda yer alıb və bundan sonra əvəzedici komandada oynayıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər