"Qarabağ" ÇL-in 2-ci mərhələsinə çıxsa...

"Qarabağ" ÇL-in 2-ci mərhələsinə çıxsa...

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 2-ci təsnifat mərhələsində hansı səbətdə yer alacağı bəllidi. Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi ilk mərhələdə olduğu kimi 2-ci mərhələdə də səpələnmişlər səbətində yer alacaq. Buna səbəb UEFA reytinqində özündən irəlidə olan Yunanıstan çempionu PAOK-un mübarizəyə 3-cü təsnifat mərhələsindən başlamasıdır. Beləliklə, "Qarabağ"ilk mərhələn keçsə, yenidən güclülərin sırasında olacaq və nisbətən asan rəqiblə qarşılaşacaq.Qurban Qurbanovun komandası 1-ci mərhələni keçsə, növbəti rəqibi "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels) və ya "Slovan" (Slovakiya) ola bilər.

 

 

Ağdam klubu2-ci təsnifat mərhələsini keçə bilsə,3-cü mərhələdə səpələnməmişlər səbətində qərarlaşacaq.

 

 

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-də keçiriləcək.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər